İngiltərənin "çelsi" klubunun futbolçusu Sesk Fabreqas Ginnesin rekordları kitabına düşüb. Matç.az saytı xəbər verir ki, buna yarımmüdafiəçinin assistentlik bacarığı səbəb olub.

Sesk Premyer Liqada 100 məhsuldar ötürmə səddinə daha az oyunda çatması ilə rekordçular kitabına düşüb. Düzdü, Fabreqas İngiltərədə 100-cü qol ötürməsini 2 il öncə verib.

Lakin onun bu nailiyyəti yalnız indi Ginnesin rekordlar kitabı tərəfindən rəsmiləşdirilib. özünün 293-cü oyununda "100"ə çatan ispaniyalı Rayan Giqqzin rekordunu 74 matç üstələyib.

Qeyd edək ki, Fabreqasın 100-cü qol ötürməsi 2016-cı il dekabrın 31-də "Stok Siti" ilə matça təsadüf edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest