17 May 2023, 10:18
ÇEMPİONLAR LİQASI
Tarixdə 17-ci dəfə çempionlar Liqasının (Avropa Kuboku) finalında Milan komandası çıxış edəcək. Matc.az xəbər verir ki, yarımfinalda "Milan"ı hər iki görüşdə məğlub edən (2:0, 1:0) şəhərin digər təmsilçisi "İnter" həlledici qarşılaşmaya vəsiqə əldə edib.
"İnter" buna qədər 5 dəfə turnirin finalına çıxıb və bunun üçündə qalib gəlib (1964, 1965, 2010). "Neradzurra" 1967 və 1972-ci illərdə həlledici matçda uduzub.
"Milan" isə 11 dəfə finala yüksəlib. "Qırmızı-qaralar" 7 (1963, 1969, 1989, 1990, 1994, 2003, 2007) qalib gəlib, 4 dəfə (1958, 1993, 1995, 2005) məğlub olub.
Qeyd edək ki, "İnter" finalda "Mançester Siti" – "Real" cütünün qalibi ilə qarşılaşacaq.