"Roma"nın hücumçusu Paulo Dibala 2010/2011 mövsümündən sonra avrokubokların finalında qol vuran ilk argentinalı olub. Matc.az xəbər verir ki, Dibalanın həmyerlilərindən sonuncu dəfə Lionel Messi çempionlar Liqasının həlledici oyununda fərqlənmişdi.
 
UEFA Kubokunun və ya Avropa Liqasının finalında qol vuran sonuncu argentinalı Ernan Krespodur. O, 1999-cu ildə Moskvada keçirilmiş "Parma" – "Marsel" (3:0) matçında fərqlənmişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest