Belə ki, bazar günü saat 14:00-da start götürən oyunu izləmək istəyən 10-15 nəfər yerli azarkeş stadiona buraxılmayıb. İstirahət günü futbola baxıb, zövq almaq istəyən masazırlıların arzuları ürəklərində qalıb. Səbəb soruşanda, "klubun prezidenti bizə belə göstəriş verib" cavabını alıblar.
Bu həftə klublarımızdan bəziləri Millətlər Liqasının oyunları ilə əlaqədar yaranmış fasilədən səmərəli istifadə etmək üçün yoxlama görüşlərində qüvvələrini sınayıblar. Məsələn, "Qəbələ" "Səbail"lə, "Keşlə" MOİK-lə, "Sabah" isə "Sabah-2" ilə qarşılaşıb. Digər oyunlardan fərqli, "Sabah" - "Sabah-2" matçında azarkeşlərin stadiona girişi qadağan olunub. Debütant Azərbaycan futboluna yenilik gətirib. Bərəkallah!
Belə ki, bazar günü saat 14:00-da start götürən oyunu izləmək istəyən 10-15 nəfər yerli azarkeş stadiona buraxılmayıb. İstirahət günü futbola baxıb, zövq almaq istəyən masazırlıların arzuları ürəklərində qalıb. Səbəb soruşanda, "klubun prezidenti bizə belə göstəriş verib" cavabını alıblar.
Deyirəm, qulaq gündə bir söz eşitməsə, kar olar. "Qapalı məşq" eşitmişdik, "qapalı oyun"u da indi eşitdik. Qapalı oyun da olurmuş, sən demə. "Sabah"ın prezidenti Maqsud Adıgözəlovun ideyasıdı, deyilənə görə. Bu ideyanın hansı məqsədə qulluq etməsi, həqiqətən, çox maraqlıdı.
Maraqlıdı ki, Adıgözəlov Masazırda azarkeş qazanmaq istəyir, yoxsa nifrət? Əgər o, bu addımı ilə azarkeş nifrəti qazandığının fərqində deyilsə, ətrafı ona bu işdə kömək olsun, heç olmasa. Misal olaraq desinlər ki, elə olur, Madrid "Real"ının gündəlik məşqlərinə 10 mindən çox azarkeş toplaşır. Bunu da qəbul etməsə, heç uzağa da getməsinlər, yaxın keçmişi, Tovuzda "Turan"ın məşqlərini 500-600 nəfər azarkeşin izləməsini nəzərinə çatdırsınlar. Mən hələ məşqləri misal gətirirəm, qaldı ki, yoxlama oyunu ola… Oyun çıxarmayın, siz Allah… (Sportlife)