"Barselona"nın futbolçusu Arturo Vidal 800 min avro cərimələnib. Matç.az saytı xəbər verir ki, buna səbəb onun gecə klubunda dava salmasıdı.

O, 2017-ci ildə "Bavariya"da çıxış etdiyi vaxt Münhendəki gecə klubunda zərərçəkmişin başıma şüşə qabla zərbə endirib. Təxminən 1 il sonra baş tutan məhkəmə Vidala ağır cərimə tətbiq edib. Baxmayaraq ki, çili millisinin düşərgəsində olan futbolçu məhkəmədə iştirak edə bilməyib.

Vidal bu cəriməni 80 gün ərzində ödəməlidi. Onun davada iştirak edən qardaşı Sandrino 18 min avro cərimələnib. Onun məbləği ödəməsinə 120 gün vaxt verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest