"Liverpul"un futbolçusu Sadio Mane əməliyyat olunub. Matç.az saytı xəbər verir ki, hücumçunun əlindəki zədəyə cərrahi müdaxilə edilib.

Onun Seneqal millisinin düşərgəsinə olduğu vaxt aldığı xəsarət aradan qaldırılıb. 26 yaşlı futbolçunun nə vaxt tam bərpa olunacağı hələ dəqiqləşməyib.

Qeyd edək ki, Mane cari mövsümdə "Liverpul"da keçirdiyi 11 matçda 4 qol vurub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest