27 Mart 2019, 22:52
FUTBOL
UEFA Ukrayna Futbol Federasiyasına qarşı araşdırmalara başlayıb. Matc.az saytının məlumatına görə, qitənin ali futbol qurumu Portuqaliya və Lüksemburqun şikayətləri əsasında bu addımı atıb.
Qurumun mətbuat xidməti açıqlama yayıb ki, hər iki şikayət artıq icraya qəbul edilib və iş icra olunur. Hələlik qərarın nə olacağı ilə bağlı hər hansı məlumat isə verilməyib.
Qeyd edək ki, Ukrayna yığmasının Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya və Lüksemburqla oyunlarda braziliyalı Moraesi oynadaraq milliləşdirmə qaydalarını pozduğu iddia ounur.