İspaniyanın "Real" klubu baş məşqçi dəyişikliyi ilə bağlı ilk ciddi addımını atıb. Matç.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi italiyalı Antonio Konte ilə danışıqlara start verib.

Xulen Lopeteqi ilə yaşanan uğursuz nəticələrdən sonra onu istefaya göndərməyə hazırlaşan "Kral klubu" "Yuventus" və "çelsi"nin sabiq çalışdırıcını "sükan arxası"nda görməkdə maraqlıdı. Konte ilə əlaqə saxlayan madridlilər onun təkliflər üçün açıq olub-olmaması barədə məlumat alıb.

Qeyd edək ki,  49 yaşlı italiyalı bu ilin yayında "çelsi"dən istefaya göndərilib. Baş məşqçi kimi 3 dəfə İtaliya, 1 dəfə İngiltərə çempionu olan Konte sabiq klubundan 10 milyon avro təzminat tələb edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest