"çelsi"nin hücumçusu Olivye Jiru klubunu dəyişməyə hazırlaşır. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, Fransa millisinin üzvü karyerasını yenə Premyer Liqada davam etdirə bilər.

çünki "Vest Hem" dünya çempionunun xidmətində maraqlıdı. Futbolçu hələ "Arsenal"da olarkən də "Vest Hem" onu transfer etməyə çalışmış, lakin təklifi qəbul olunmamışdı. "çelsi"də əsas heyət üzvü olmayan oyunçunun klubla müqavilə müddəti cari mövsümün sonuna qədərdi. "Zadəganlar" onu havayı buraxmamaq üçün yanvarda satmağa qarşı deyil.

Qeyd edək ki, Olivye Jiru "çelsi"yə bu ilin yanvarında "Arsenal"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest