"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" oktyabrın 25-də III tur çərçivəsində "Sportinq"in qonağı olacaq. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, London klubu Portuqaliyada güvənəcəyi oyunçuları müəyyənləşdirib.

Oktyabrın 22-də Premyer Liqada "Lester"lə qarşılaşacaq "topçular"da baş məşqçi Unay Emeri ən yaxşı heyəti meydana buraxacaq. Emeri Lissabonda isə ehtiyat qüvvəyə şans vermək niyyətindədi. "Qarabağ"la Bakıdakı matçda Matteo Qenduzi, Emil Smit Rou kimi gənclərin performansından məmnun qalan ispaniyalı mütəxəssis "Sportinq"lə görüşdə də onlara etibar edəcək.

ümumiyyətlə, Emeri Avropa Liqasının qrup mərhələsindəki bütün oyunlarda ikinci heyəti oynadacaq. "Sportinq"lə Londondakı görüş öncəsi isə "Liverpul"la qarşılaşacaq komanda Premyer Liqadakı mübarizəni üstün tutur. "Vorskla" və "Qarabağ"ın isə zəif rəqib olması Emerini onlarla qarşılaşmada da eyni addımı atmaq fikrinə gətirib.

Qeyd edək ki, "Arsenal" qrupda son oyununda dekabrın 13-də "Qarabağ"ı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest