"Azərbaycanda texnikalı futbolçular çoxdu". Bunu matc.az saytına açıqlamasında "Qəbələ"nin sabiq yarımmüdafiəçisi Sabien Lilay deyib.
 
Albaniya millisinin keçmiş futbolçusu ölkəmizdə çıxış etdiyi müddətdə diqqətini çəkən yarımmüdafiəçiləri fərqləndirib.
 
O, xüsusən də, Emin Mahmudov və Qara Qarayev barədə xoş fikirlər səsləndirib: "Yarımmüdafiəçi olduğum üçün daha çox öz mövqeyimdə oynayan futbolçulara fikir verirdim. "Qəbələ"də çıxış etdiyim vaxt "Qarabağ"da oynayan Qara Qarayevi çox bəyənirdim. Qara pressinq edən, rəqibdən top almağı bacaran futbolçudu. Bir də "Neftçi"nin kapitanı Emin Mahmudov öz istedadı ilə seçilirdi. Hər ikisi komandalarının aparıcı futbolçuları idi və onlara qarşı meydanda mübarizə aparmaqdan həzz alırdım. çünki güclü oyunçulara rəqib olmaq mənə zövq verir".
 
Qeyd edək ki, Sabien Lilay 2018-19-cu illərdə "Qəbələ"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest