11 Noyabr 2026, 14:52
FUTBOL
Türkiyənin “Fənərbaxça” klubu baş məşqçi səlahiyyətlərini icra edən niderlandlı mütəxəssis Dirk Kuytla yollarını ayırıb. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin mətbuat xidməti 45 yaşlı mütəxəssislə vidalaşdığını açıqlayıb. Kuyt oktyabrın sonunda əsas komandanın müvəqqəti baş məşqçisi təyin edilmişdi.
Klub onunla bağlı paylaşımında keçmiş futbolçuya təşəkkür edib:
“Çox sağ ol, Dirk Kuyt! Bizim mavi-sarı tarixçəmiz uzun illər əvvəl başlayıb və aramızdakı bağ heç vaxt qırılmayıb. Əvvəl meydanda, daha sonra isə meydanın kənarında bizimlə oldun. Zolaqlı formamıza göstərdiyin sevgi və sədaqətlə hər birimizin qəlbində xüsusi yer qazandın. Klubumuza verdiyin hər şeyə görə sənə səmimi-qəlbdən təşəkkür edirik.
Bu gün səninlə vidalaşırıq, lakin bu böyük ailədəki yerin heç vaxt sual altına düşməyəcək. Çünki bəzi vidalaşmalar ayrılıq deyil, əbədi bağlılığın ifadəsidir. Yolun açıq olsun, Dirk!”
Qeyd edək ki, “Fənərbaxça” noyabrın 3-də Emre Belözoğlunu baş məşqçi vəzifəsinə təyin etdiyini açıqlayıb.













