Klublararası dünya çempionatının oyunlarını idarə edəcək hakimlərin siyahısı açıqlanıb. Matç.az saytı xəbər verir ki, BƏƏ-də keçiriləcək yarışda ümumilikdə 24 ədalət təmsilçisi iş başında olacaq.

Görüşlərdə 6 konfederasiyanın hərəsini təmsil edən bir "üçlük" ədaləti qoruyacaq. Digər 6 referi isə VAR sisteminə nəzarət edəcək.

Baş hakim funksiyasını Ryuji Sato (Yaponiya), Mehdi Abid Şaref (Əlcəzair), Jair Marrufo (ABŞ), Vilton Sampayo (Braziliya), Metyu Konqer (Yeni Zelandiya), Canluka Rokki (İtaliya) yerinə yetirəcək.

Qeyd edək ki, mundial dekabrın 12-dən 22-dək keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest