Bu gün Avropa Liqasında qrup mərhələsi start götürüb. Matc.az saytı xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" ilk oyununa çıxıb.
 
H qrupunda yer alan Ağdam təmsilçisi yarışa ev görüşü ilə başlayıb. Qurban Qurbanovun yetirmələri Norveç klubu "Molde"ni qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanı şotlandiyalı Con Biton idarə edib. Görüşə daha fəal başlayan ev sahibi komandası olub. Yaxşı müdafiə olunan qonaqların müqavimətini "Qarabağ" 59-cu dəqiqədə qıra bilib. Andradenin  qolu qarşılaşmanın da taleyini həll edib. "Köhlən atlar" dueldə minimal hesablı qələbə qazanıb. 
 
 
Avropa Liqası
Qrup mərhələsi, I tur
21 sentyabr
 
"Qarabağ" - "Molde" (Norveç) - 1:0
Qol:Leandro Andrade, 56
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Con Biton (Şotlandiya)
 
"Qarabağ": 99. Andrey Lunyov, 2. Mateus Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
"Molde": 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus Eykrem (k).
Ehtiyat oyunçular: 12. Oliver Petersen, 34. Peder Lervik, 4. Kristian Kappis, 5. Eyrik Hestad, 8. Fredrik Qulbrandsen, 10. Erik Kitolano, 19. Eyrik Haquan, 20. Kristian Eriksen, 21. Martin Linnes, 22. Maqnus Qrödem, 33. Niklas Edeqor.
Baş məşqçi: Erlinq Moe.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest