Qarşılaşmanın 89-cu dəqiqəsində qırmızı vərəqə alan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə edilib.

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının VII turunun "Qəbələ" – "Qarabağ" oyununda qeydə alınan neqativ hallara hüquqi qiymət verib. Matc.az xəbər verir ki, ev sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
 
Qarşılaşmanın 42-ci dəqiqəsində meydançaya daxil olaraq rəqib oyunçuya aqressiv şəkildə təzyiq göstərən "Qəbələ"nin məşqçisi Rasim Ramaldanovun cəzası 2 oyun olub. "Qırmızı-qaralar" 1000 manat ziyana düşüb.
 
Həmin dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan "Qarabağ"ın müdafiəçisi Kevin Medinaya isə 2-si şərti olmaqla 4 oyunluq cəza kəsilib. Klub buna görə 3000 manat cərimə ödəyəcək. Medinaya sınaq müddəti 3 ay təyin olunub.
 
Qarşılaşmanın 89-cu dəqiqəsində qırmızı vərəqə alan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə edilib.
 
88-ci dəqiqədə azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə, "Qarabağ"a xəbərdarlıq edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest