"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"da yarımmüdafiəçi Cek Uilşirin durumuna aydınlıq gəlib. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu proqnozlaşdırılandan gec yaşıl meydanlara dönəcək.

Sentyabrda keçirdiyi əməliyyatdan sonra 6 həftəyə kollektivə qoşulacağı deyilən Uilşir oktyabrda da komandasına kömək edə bilməyəcək. Həkimlər onun bərpa prosesinin ləng getdiyini açıqlayıb. Bu ay heç bir oyuna çıxmayacaq 26 yaşlı orta sahə oyunçusu gələn aydan məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, Uilşir zədə səbəbindən Avropa Liqasında "Qarabağ"la Bakıdakı matça gətirilməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest