Bu gün AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Topaz Premyer Liqası və l Divizionda çıxış edən klub nümayəndələri ilə görüşü keçirilib. Matç.az saytı xəbər verir ki, 2019/20-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.


İclasda "Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalar"da baş vermiş dəyişikliklərlə bağlı məlumat verilib. ötən mövsümün icmalı dinlənildikdən sonra iştirakçılara Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatlandırılb.
İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest