PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri ilin sonuna qədər sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 17 yaşlı futbolçu Fransa millisində Cəbəllütariqlə debüt oyununda (14:0) zədələnib. Yarımmüdafiəçiyə sağ topuq nahiyəsindən orta dərəcəli zədə diaqnozu qoyulub.

Qeyd edək ki, bu mövsüm Zaire-Emeri Liqa 1-də 11 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest