Almaniyanın 2-ci Bundesliqasında X tura start verilib. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmirti Nazarovun çıxış etdiyi "Aue" səfərdə Drezden "Dinamo"su ilə qarşılaşıb.

Matçın əvvəlində hesabı açan qonaqlar üstünlüyünü qoruya bilməyib və 1 xalla kifayətlənib – 1:1. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Dmitri 75-ci dəqiqədə meydana daxil olub. O, 15 dəqiqədə heç nə ilə fərqlənməyib.

Qeyd edək ki, 10 matçdan sonra 11 xala malik "Aue" 13-cü pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest