Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
 
Son çempion “Qarabağ” vitse-çempion “Sabah”ı sınağa çəkib. Premyer Liqada ardıcıl 10 qələbə qazanan Qurban Qurbanovun yetirmələrinin seriyası qırılıb. "Qarabağ" öz meydanında son anda məğlubiyyətdən qaça bilib.
 
9 gün ərzində 3-cü dəfə qarşılaşan komandaların duelində yenə məhsuldarlıq qeydə alınıb. Kubokun iki oyununda 15 dəfə fərqlənən tərəflər, bu dəfə 6 dəfə qapını dəqiq nişan alıblar.
 
Baş hakim Rəvan Həmzəzadə matçda 4 penalti təyin edib. İki dəfə "Qarabağ", iki dəfə "Sabah" 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Tellur Mütəllimov 90+5-ci dəqiqədə qonaqları hesabda irəli çıxarsa da, Yassin Benzia 2 dəqiqə sonra bərabərlik topunu vuraraq komandasını məğlubiyyətdən xilas edib.
 
Qeyd edək ki, tura fevralın 13-də yekun vurulacaq.

 

Premyer Liqa

XXII tur

11 fevral

"Qarabağ" - "Sabah" 3:3 

Qol: Yankoviç, 30 (p), Juninyo, 64 (p), Benzia, 90+7 - Belfodil, 45 (p), 54 (p), Tellur, 90+5

“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 7. Yassin Benzia, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Sabah”: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vinsent Til, 27. Jarl Marqarita
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 25. Hüseyn Məmmədzadə, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal
Məşqçi: Ruslan Qafitullin
Tofiq Bəhramov adına Respublika stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest