Bu gün UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
1/4 finalın son iştirakçıları "Atletiko" və "Borussiya" D olub. Madrid klubu evdə “İnter”dən revanş alıb. 90 dəqiqə ərzində 2:1 hesabı qeydə alındığından əlavə vaxt təyin olunub. 30 dəqiqə qalibi müəyyənləşdirmədiyi üçün penalti seriyasına ehtiyac duyulub. Bu zaman daha dəqiq olan "Atletiko" 1/4 finala yüksəlib.
 
Dortmundda “Borussiya” ilə PSV mübarizədən kənarlaşdırıb. Almanlar iki oyunun cəminə görə, 3:1 hesabı ilə qalib gəliblər.
 
 
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
13 mart
 
"Atletiko" (İspaniya)  - "İnter" (İtaliya) - 2:1 (Penaltilər - 3:2)
Qollar: Qrizman, 35, M.Depay, 86 - Dimarko, 33
İlk oyun - 0:1

"Borussiya" (Dortmund, Almaniya) - PSV (Niderland) - 2:0
Qollar: Sanço, 3, M.Roys, 90+5
İlk oyun - 1:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest