"Fənərbaxça"nın "Tuluza"ya icarəyə verdiyi futbolçusu Miha Zayts komandaya qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun prezidenti Damyen Komolli məlumat verib. O, bildirib ki, sloveniyalı yarımmüdafiəçi üçün satınalma bəndini işə  salmayacaqlar:

"Zayts üçün satınalma bəndindən istifadə etməyəcəyik.  Oyunçumuz gələn ay "Fənərbaxça"ya qayıdacaq".

Qeyd edək ki, "Tuluza" Miha Zaytsı mövsümün əvvəlində icarəyə götürüb. 30 yaşlı futbolçu Liqa 1 təmsilçisinin heyətində 22 rəsmi matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest