“Arsenal”ın mərkəz müdafiəçisi Uilyam Saliba unikal göstəriciyə imza atıb. Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə keçirilən ilk oyuna start heyətində meydana çıxmaqla bunu bacarıb.

O, cari mövsüm londonluların heyətində 42 qarşılaşmada ilk dəqiqələrdən mübarizə aparıb. Bu, Top-5 liqalarda çıxış edən meydan oyunçuları arasında ən yüksək göstəricidi.

Qeyd edək ki, Londonda keçirilən “Arsenal” – “Bavariya” oyunu 2:2 hesabı ilə yekunlaşıb. Uilyam Saliba görüşü əvəz edilmədən keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest