Bu, ÇL tarixində 2007-2009-cu illər aralığında ardıcıl 25 qarşılaşmada məğlub olmayan “Mançester Yunayted”dən sonra ən yaxşı ikinci göstəricidi. “Şəhərlilər” daha üç qarşılaşmada uduzmasa, rekordu təkrarlayacaq.

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk oyununda “Real”la heç-heçə edən “Mançester Siti” (3:3) uğurlu seriyasını davam etdirib. Matc.az xəbər verir ki, İngiltərə klubu turnirdə ardıcıl 22 görüşdü ki, uduzmur.

Bu, ÇL tarixində 2007-2009-cu illər aralığında ardıcıl 25 qarşılaşmada məğlub olmayan “Mançester Yunayted”dən sonra ən yaxşı ikinci göstəricidi. “Şəhərlilər” daha üç qarşılaşmada uduzmasa, rekordu təkrarlayacaq.

Qeyd edək ki, “Mançester Siti” ilə “Real” arasında cavab oyunu aprelin 17-də İngiltərədə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest