PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində sabiq komandası “Barselona” ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis turnirdə iddialı olduqlarını bildirib.

Lakin o, üzərlərində təzyiq hiss etmədiklərini vurğulayıb: “Klub ideyasını dəyişdi. Bu, ulduz futbolçuların getməsindən aydın oldu. Dinamika dəyişdi və indi klubla mənim ideyam eynidi. Təzyiq haqqında çox düşünməməyə çalışıram. Amma bu o demək deyil ki, iddialı deyilik, Çempionlar Liqasını qazana bilməyəcəyik. Çempionlar Liqasını qazanmağın nə demək olduğunu bilirik”.

Qeyd edək ki, bu gün “Park de Prens” stadionunda keçiriləcək PSJ – “Barselona” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest