“Real”ın hücumçusu Vinisius Junior Çempionlar Liqasının pley-off mərhələlərində assist sayında Lionel Messiyə çatıb. Matc.az xəbər verir ki, braziliyalı forvard 1/4 final mərhələsində “Bavariya” ilə ilk görüşdə bunu həyata keçirib.

23 yaşlı futbolçu 3:3 hesabı ilə başa çatan qarşılaşmada 2 məhsuldar ötürmə verib. Bununla Vinisius turnirin pley-offlarında ümumi assist sayını 12-yə çatdırıb. Bununla o, əfsanəvi “Barselona”lı Lionel Messinin rekordunu təkrarlayıb.

“Real”ın oyunçusuna bunun üçün 25 oyun kifayət edib. Hazırda “İnter Mayami”də çıxış edən argentinalı isə 77 görüşdə bunu həyata keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest