"Qəbələ" uğursuz oyunlar seriyasına son qoyub. Matç.az saytı xəbər verir ki, "qırmızı-qaralar" Topaz Premyer Liqasında 2-ci qələbəsini VIII turun "Neftçi" ilə bugünkü matçında qazanıb.

3:1 hesabı ilə qalib gələn Sənan Qurbanovun yetirmələri bunadək 6 oyun idi üç xala həsrət idi. Ağdamlılar sonuncu dəfə avqustun 12-də qələbə əldə etmişdi.

I turun ev oyununda "Qəbələ" "Səbail"i 3 cavabsız qolla üstələmişdi. Əyalət təmsilçisi növbəti uğurunu 69 gün gözləməli olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest