İspaniya La Liqasının IX turunda "Levante" ilə oyunda "Real" antirekordla yadda qalıb. Matç.az saytının məlumatına görə, evdə 1:2 hesabı ilə məğlub olan "kral klubu", nəhayət ki, qol vura bilib.

72-ci dəqiqədə Marselonun vurduğu qol madridlilərin uğursuzluq seriyasına son qoyub. Belə ki, komanda 481 dəqiqədən sonra fərqlənməyi bacarıb. Madridlilər sonuncu dəfə V turda "Espanyol"la görüşün 41-ci dəqiqəsində rəqib qapısına yol tapa bilmişdi. Ondan sonra Xulen Lopeteqinin yetirmələri, "Sevilya" (0:3), "Atletiko" (0:0), MOİK (0:1) və "Alaves"lə (0:1) oyunları quru seriya ilə keçirmişdi.

Buna qədər "Real"ın ən uğursuz göstəricisi 1985-ci ildə reallaşmışdı. Komanda həmin vaxt 464 dəqiqə qol vura bilməmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest