20 Oktyabr 2018, 20:06
FUTBOL
Ukrayna çempionatında XII turun oyunları keçirilir. Matç.az saytı xəbər verir ki, Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Vorskla" öz meydanında Kiyev "Dinamo"su ilə qarşılaşıb.
Görüşün taleyini 1 qol həll edib. İlk yarının sonlarında fərqlənən paytaxt futbolçuları Poltavadan üç xalla qayıdıb – 1:0.
Oktyabrın 25-də Bakıda "Qarabağ"ın qonağı olacaq "Vorskla" səfər öncəsi aldığı məğlubiyyətdən sonra hesabındakı 18 xalla 4-cü pillədə qərarlaşıb.

_1767957977.jpg)
_1767956472.jpg)

_1767955701.jpg)







