Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bilinib. Matc.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyunlarından sonra UEFA 2 nəfəri fərqləndirib.

“Real”ın hücumçusu Vinisius Junior və Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels bu ad uğrunda mübarizə aparır.

Vinisius “Bavariya” (2:2) ilə matçda dubla imza atıb, Hummels isə PSJ (1:0) ilə görüşdə yüksək səviyyəli çıxışı ilə seçilib.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest