Əfsanəvi argentinalı futbolçu Ernan Krespo həmyerliləri Mauro İkardi və Qonzalo İquaini tərifləyib. Matç.az saytı xəbər verir ki, 43 yaşlı mütəxəssis onları özünə bənzədib.

Kresponun sözlərinə görə, o, adıçəkilən forvardların qarışığı olub: "Fikrimcə, İquain "Milan"da Cennaro Qattuzonun taktikası üçün ən ideal hücumçudu. Eyni sözləri İkardi barədə də demək olar. O da Luçano Spallettinin sisteminə uyğundu. Mən İquainlə İkardinin qarışığı olmuşam. Mauro kimi qapı qarşısında hərəkətli və İquain kimi oyunda çox görünürdüm".

Qeyd edək ki, İquain bu mövsüm "Milan"da 4, İkardi isə "İnter"də 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest