Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
 
“Qəbələ” doğma meydanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah”la üz-üzə gəlib. Oyun "qırmızı-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 
 
Turun son matçı isə avrokuboklara digər iddialı “Sumqayıt”la “Səbail” arasında baş tutub. Oyun "kimyaçılar"ın 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.
 
Daha öncə “Neftçi” “Kəpəz”ə (5:1),  “Turan Tovuz” “Araz-Naxçıvan”a (1:0), “Qarabağ” isə “Zirə”yə (1:0) qalib gəlib.
 
Azərbaycan Premyer Liqası
34-cü tur
12 may
 
“Qəbələ” – “Sabah” 2:0 
Qollar: Allaş, 33. Klesio Bauk, 45+1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.

Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo
Baş məşqçi: Kaxaber Tsxadadze
“Sabah”: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev (k), 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 90. Oluvaseun Timilehin
Baş məşqçi: Krunoslav Renduliç


“Sumqayıt” – “Səbail” 2:1 
Qollar: Ninqa, 41 (p), 45 - Ramalinqom, 90+5
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata. 
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi. 
Baş məşqçi: Samir Abasov

"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta. 
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 14. Suleyman Alluş. 
Baş məşqçi: Şahin Diniyev

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest