Topaz Premyer Liqasının VI turunun rəmzi komandası açıqlanıb. Matç.az saytı xəbər verir ki, "İnStat" şirkətinin təhlilinə əsasən tərtib olunan "11-lik"də "Neftçi", "Qarabağ", "Qəbələ" və "Sumqayıt"ın oyunçuları yer alıb.
Anton Krivotsyuk 4-cü, Səlahət Ağayevlə Mirabdulla Abbasov 3-cü dəfə rəmzi komandaya daxil edilib.
Qapıçı: Səlahət Ağayev ("Neftçi") - 3
Müdafiəçilər: Məhəmməd Mirzəbəyov ("Neftçi") -2, Anton Krivotsyuk ("Neftçi") -4; Kiril Petrov ("Neftçi") -2 , Tural Axundov ("Neftçi")
Yarımmüdafiəçilər: Baqali Dabo ("Neftçi") -2; Cavid Hüseynov ("Qəbələ"); Markos Madera ("Qarabağ") -2; Dario Federiko ("Neftçi") -2
Hücumçular: Mirabdulla Abbasov ("Neftçi") -3 ; Atilla Yıldırım ("Sumqayıt").
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.