02 İyun 2024, 00:58
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasının final oyunu keçirilib.
Matc.az xəbər verir ki, Londonun “Uembli” stadionunda baş tutan həlledici oyunda Madridin “Real” klubu ilə Dortmund “Borussiya”sı üz-üzə gəlib.
Qarşılaşmanın birinci hissəsində qapılar toxunulmaz qalıb. Görüşün ikinci yarısında isə “Real” Karvahal (74) və Vinisiusun (83) qolları ilə qələbə qazanıb - 0:2.
Bununla da, Madrid təmsilçisi Çempionlar Liqasının kubokunu 15-ci dəfə evinə aparıb. Baş Məşqçi Karlo Ançelotti isə 5-ci dəfə bu kuboka sahib olub.
Qeyd edək ki, “Borussiya” isə tarixində yalnız bir dəfə bu turnirin qalibi ola bilib.