"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”ya qayıdacağı haqda yayılan iddia haqda münasibət bildirib. Matc.az xəbər verir ki, ispan çalışdırıcı məlumatı təkzib edib.

Qvardiola “Barselona”dan ayrılan Xavinin onunla müqayisə olunmasına da toxunub: “Xavi mənimlə müqayisə olunduğu üçün zərər görüb? Buna görə məni günahlandırmaq olmaz. 10 ildi ki, “Barselona”da deyiləm. "Barsa"ya qayıtmağımla bağlı yayılan iddiaya gəlincə, o qapı artıq mənim üçün bağlıdı".

Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubunu çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest