11 İyun 2024, 12:44
FUTBOL
Recep Durul “Kocaelispor”un yeni prezidenti seçilib.
Türkiyənin “Kocaelispor” klubunda prezident seçkisi keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin da formasını geyindiyi Kocaeli təmsilçisində 3 aydı boş qalan post öz sahibini tapıb.
Növbədənkənar Seçki Konfransı çərçivəsində keçirilən prezident seçkisində bu posta tək namizəd olub. Nəticədə rəqibi olmayan Recep Durul “Kocaelispor”un rəhbəri seçilib.
Qeyd edək ki, klubun sabiq prezidenti Engin Koyun 3 ay öncə istefa vermişdi.