21 Oktyabr 2018, 09:35
FUTBOL
Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilov İspaniya çempionatında növbəti oyununu keçirib. Matç.az saytı xəbər verir ki, yarımmüdafiəçi Sequndanın X turunun iştirakçısı olub.
Onun çıxış etdiyi "Alkorkon" evdə "Qranada"nı qəbul edib. Matçın taleyini 1 qol həll edib. Eddinin komandası 1:0 hesabı ilə qalib gəlib.
Start heyətində meydana çıxan İsrafilov 90 dəqiqə qarşılaşmanın iştirakçısı olub. Təmsilçimiz 36-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, 10 oyunda 21 xal toplayan "Alkorkon" 2-ci pillədə qərarlaşıb.