21 Oktyabr 2018, 09:49
FUTBOL
Qazaxıstan çempionatında XXIX tura start verilib. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Astana" öz meydanında "Ordabası" ilə qarşılaşıb.
Matç 1:1 hesabı ilə başa çatıb. Oyuna ehtiyat futbolçular skamyasında başlayan Riçard 68-ci dəqiqədə meydana daxil olub. O, "Qarabağ"ın digər sabiq üzvü Pedro Enrikeni əvəzləyib.
Qeyd edək ki, 29 oyundan sonra hesabında 71 xal olan "Astana" çempionatın lideridi.