Bu gün “Zirə” Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib Matc.az xəbər verir ki, “qartallar” Moldovada “Şerif”in qonağı olublar.
İsveçrəli hakim Alessandro Dudiçin idarə etdiyi qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Görüşün sonlarına doğru "Zirə"nin hücumçusu Davit Volkov vurduğu qolla komandasına qələbə qazandırıb.
Görüşün cavab qarşılaşması isə iyulun 18-də Bakıda baş tutacaq.
Qeyd edək ki, “Zirə” “Şerif”i mübarizədən kənarlaşdıra bilsə, Avropa Liqasının II təsnifat mərhələsində “Elfsborq” (İsveç) - “Pafos” (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqası
I təsnifat mərhələsi
“Şerif” – “Zirə” - 0:1
Qol: Davit Volkov, 88
Hakimlər: Alessandro Dudiç, Paskal Hirzel, Susann Küng, Anojen Kanaqasinqam (İsveçrə)
Tiraspol, “Şerif” stadionu
“Şerif”: 16. Əl-Tumi, 8. Fernandes, 10. Badolo, 18. Kyabu (k), 33. Lins De Almeyda, 45. Əyyub Allaş, 50. Behiratçe, 61. Akanbi, 66. Pata, 69. Ademo, 90. Yade
Ehtiyat oyunçular: Straystari, Kaleadnik, Bookye, Ouattara, Riak, Mbekeli, Forov, Dyinari, Miya, Despotovski, Payreli
“Zirə”: 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Stefan Aka, 8. İsmail İbrahimli, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 23. Rafael Utsiq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev, 70. İssa Cibrilla, 90. Davit Volkov
Ehtiyat Oyunçular: Anar Nəzirov, Səlim Həşimov, Ange Mutsinzi, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Junior Martins, Salifu Suma, Hacıağa Hacıyev, Abbas İbrahim