PSJ 21 yaşlı hücumameyilli yarımmüdafiəçi Xavi Simonsun transfer qiymətini 90 milyon avro müəyyən edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “L'Équipe” nəşri paylaşıb.

Bildirilir ki, hazırda niderlandlı futbolçu üçün “Bavariya” və Mançester Yunayted” iddialıdır. Bununla belə, Münhen klubunun Simonsla müqavilə imzalamaq şansının böyük olduğu vurğulanır.

Qeyd edək ki, ötən mövsüm 21 yaşlı yarımmüdafiəçi icarə əsasında “Leypsiq”də çıxış edib. O, bütün yarışlarda 43 matçda iştirak edib, 10 qol vurub, 15 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 80 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest