“İnter”in prezidenti Beppe Marotta komandanın lideri Lautaro Martinesin tezliklə Milan klubu ilə yeni müqavilə imzalayacağını təsdiqləyib.

Matc.az xəbər verir ki, Marotta bu barədə “Sky” nəşrinə açıqlama verib: “Qərar verirlib. Yaxın həftələrdə rəsmiləşəcək”.

Martines İtaliya klubu ilə 2029-cu ilin iyun ayına qədər mövsüm başına 9 milyon avro xalis maaş və əlavələr ilə 5 illik müqavilə imzalayacaq.

26 yaşlı futbolçu 2018-ci ildən “İnter”də çıxış edir. Milan təmsilçisi futbolçu üçün “Rasinq”ə 25 milyon avro ödəyib.

O vaxtdan Argentina millisinin hücumçusu “İnter”in heyətində 282 matçda 129 qol vurub.

Martines 2023/24 mövsümündə 24 qolla A Seriyasının bombardiri, “İnter” isə 19 xal fərqlə İtaliya çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest