21 İyul 2024, 09:44
FUTBOL
“Benfika”nın prezidenti və azarkeşlərinin kumiri Rui Koşta Anxel Di Marianın müqaviləsini uzadacağını açıqlayıb.
Matc.az xəbər verir ki, o, Di Marianın daha bir il komandada qalacağını deyib.
“O, hələ də “Benfika” oyunçusudur, buna artıq qərar verilib. Necə ki, bir il əvvəl dünya çempionatından qayıdandan sonra müqavilə bağladısa, indi də belə olacaq. Di Maria “Benfika”nın oyunçusudur və bu, müzakirə olunmur”.
Qeyd edək ki, Di Marianın qərarı Argentinanın Amerika Kubokunun finalı öncəsi Portuqaliya mediasına sızmışdı, lakin hər iki tərəfdən rəsmi təsdiq yox idi.