21 İyul 2024, 19:30
DİGƏR
“Formula-1” üzrə dünya çempionatının Macarıstan Qran-prisi keçirilib.
Matc.az xəbər verir ki, “Maklaren” sürücüsü Oskar Piastri finiş xəttini 1-ci keçib.
Avstraliyalı pilot karyerasında ilk dəfə qələbə qazanıb. Yarış “Maklaren”in dublu ilə yadda qalıb. Onun komanda yoldaşı Lando Norris 2-ci, “Mersedes”dən Lyuis Hemilton 3-cü yeri tutub.
Son 3 mövsümün dünya çempionu Maks Ferstappen Macarıstan Qran-prisini 5-ci pillədə başa vurub.
Qeyd edək ki, növbəti yarış iyulun 28-də Belçikada keçiriləcək.