Görüşün bərpasından sonra Argentina millisinin yarımmüdafiəçisinin vurduğu qol oyundankənar vəziyyətdə qalması səbəbindən ləğv edilib və qarşılaşma Mərakeş yığmasının 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
Argentina və Mərakeş milli komandaları arasında 2024-cü il Olimpiya Oyunlarında futbol turnirinin qrup mərhələsinin 1-ci turunun qalmaqallı oyununa yekun vurulub.
Matc.az xəbər verir ki, Mərakeş millisinin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada 2 saat fasilə olub.
Belə ki, Mərakeşin 2:1 öndə olduğu oyunun 90+16-cı dəqiqəsində Argentina yığmasının yarımmüdafiəçisi Kristian Medine qol vurub. Medine qol sevincini bayram etdiyi zaman Cənubi Amerika yığmasının futbolçularının üzərinə fişənglər düşüb. Bundan əlavə, Mərakeş millisinin azarkeşləri meydana qaçıblar və oyun 2 saat təxirə salınıb.