17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununun təyinatları açıqlanıb. Matç.az saytı xəbər verir ki, qarşılaşmaları Albaniyada keçiriləcək VIII qrupun Azərbaycan – Norveç görüşündə Bosniya və Herseqovinadan olan referi fit çalacaq.

Oktyabrın 23-də Luşnya şəhərində keçiriləcək matçın baş hakimi Admir Şehoviç olacaq. Balkanlı referiyə həmyerlisi Sreten Udoviçiç cə albaniyalı Elis Pulay kömək edəcək

Digər alban Florian Lata isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək Ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest