Antonio Konte "çelsi" ilə müqaviləsinin ləğvinə razılıq verib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis "Real"a keçmək üçün bu addımı atır.

Məsələ burasındadı ki, "çelsi" Konte ilə yollarını ayırsa da, onunla müqavilə qarşılıqlı razılıqla ləğv edilməyib. Londonlular gələn ilin yayına qədər müqaviləsi olan sabiq çalışdırıcıya 10 milyon avro təzminat ödəməlidi. Konte isə 4 milyon qarşılığında anlaşmanın ləğvinə razılıq verib.

Uğursuz mövsüm keçirən "Real" gələn həftəsonu "El Klasiko"da "Barselona"ya məğlub olsa, baş məşqçi Xulen Lopeteqinin istefaya göndərilməsi və bu posta Antonio Kontenin gətirilməsi gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest