Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib. Matc.az xəbər verir ki, o, bu dəfə halqalarla bacarığını nümayiş etdirib.

23 yaşlı idmançı 32.500 xala layiq görülüb. Zöhrə hələlik 5-ci sıradadı.

Təmsilçimiz lent və gürzlə də çıxış edəcək.

***********************

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Matc.az xəbər verir ki, 23 yaşlı idmançı fərdi çoxnövçülükdə ilk olaraq topla hərəkətlərdə çıxış edib.

O, 30.200 xal toplayıb. Ağamirova halqa, lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, hazırda 7-ci pillədədi.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest