İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel dünya DÇ-2026-nın 1/4 finalında Norveçə qarşı keçirilən oyunda komandasının göstərdiyi performansı tənqid edib.

Matc.az xəbər verir ki, "ITV" telekanalı məlumat yayıb.

Bildirilir ki, alman mütəxəssis əzmkar qələbəyə baxmayaraq, futbolun keyfiyyətindən narazı qaldığını bildirib: "Mən əziyyət çəkdiyimizi deməmişəm. Heç vaxt belə bir iddia etməmişəm. Bu gün biz özümüz özümüzə böyük problemlər yaratdıq. Yekun nəticə isə möhtəşəmdir, ən güclü dördlüyə yüksəldik. Bu, heyrətamiz nailiyyətdir, lakin oyunumuzdan narazıyam. Demək olar ki, hər şeydən.

İstək və fədakarlıq yüksək səviyyədə idi, lakin meydandakı hərəkətlərimizlə özümüzü çətin vəziyyətə saldıq – həddindən artıq laqeydlik, texniki səhvlər, kifayət qədər olmayan sürət və sabitliyin olmaması. Bu gün bəxt bizim tərəfimizdə idi.

Bunun oyunçuların mentaliteti ilə bağlı olduğunu düşünmürəm. Əksinə, məhz xarakter bizə bu matçı qazanmağa kömək etdi. Bizdə o qədər xarakter var ki, onu şüşələrə doldurub satmaq olar. Lakin futbolun keyfiyyəti əhəmiyyətli dərəcədə yüksək olmalıdır.

Ris Ceyms əla oynadı. Morqan Rocers bu gün sadəcə möhtəşəm görünürdü. Ebereçi Eze və Ced Spens tədricən oyuna daxil oldular və tərifə layiqdirlər. Amma bütövlükdə bu gün şans yanımızda idi.

Bellinqem haqqında isə artıq deyiləcək söz yoxdur. O, bunu demək olar ki, hər görüşdə edir. O, dünya səviyyəli bir futbolçudur.

Yarımfinala qədər artıracayıq. İndi isə uğuru qeyd etmək və bu andan zövq almaq vaxtıdır. Qarşıda üç günlük hazırlıq var. Bütün gücümüz bizə lazım olacaq".

Qeyd edək ki, İngiltərə millisi Cud Bellinqemin dublu sayəsində geridönüş edərək qələbə qazanıb. Yarımfinala yüksələn Tuxelin komandası bu mərhələdə Argentina ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest