"Hər bir ölkə dünya çempionatında iştirak etmək arzusunu reallaşdırmaq imkanına malik olmalıdır".

FİFA prezidenti Canni İnfantino qurumun dünya çempionatının iştirakçılarının sayını 64 komandaya qədər artırmaq imkanını nəzərdən keçirməyə hazır olduğunu bəyan edib.

Matc.az xəbər verir ki, "Bluewin" nəşri məlumat yayıb.

Bildirilir ki, funksioner ilk dəfə 48 komandanın iştirak etdiyi 2026-cı il dünya çempionatına gördüklərindən məmndundur. O, iştirakçıların sayının artırılmasının düzgün qərar olduğunu hesab edir:

"48 komandanın iştirakı ilə keçirilən turnir çox uğurlu oldu. Bütün komandalar yüksək səviyyəli oyun nümayiş etdirdilər. Hər qitədən olan yığmalar qollar vurdular və ən azı 1 xal topladılar.

Afrika komandalarından 10-dan 9-u pley-off mərhələsinə yüksəldi. Əvvəlki dünya çempionatında Afrikanı yalnız 5 komanda təmsil edirdi. Bu, bütün komandalara şans verməyin və onlara dünya çempionatında oynamaq imkanı yaratmağın nə qədər vacib olduğunu bir daha təsdiqləyir".

FİFA prezidentindən söz-söhbətlərə səbəb olan iştirakçı sayının 64-ə qədər artırılması ehtimalını dəqiqləşdiriblər. O, hadisələrin bu cür inkişafının tamamilə real olduğunu təsdiqləyib:

"Sözsüz ki, indiki dünya çempionatı başa çatdıqdan sonra bu məsələyə baxılacaq. Dünya birinciliyinin təşkilində təkcə Avropa və Cənubi Amerikanın deyil, bütün dünyanın maraqlarını nəzərə almaq vacibdir. Hər bir ölkə dünya çempionatında iştirak etmək arzusunu reallaşdırmaq imkanına malik olmalıdır.

Özünüz görürsünüz ki, milli komandaların səviyyəsi olduqca yüksəkdir və bütün dünyada artmaqda davam edir. Kiçik ölkələrə dünya çempionatında oynamaq şansı verməsək, onların gələcək inkişafı üçün kifayət qədər stimulu olmayacaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest