Fransanın paytaxtı Parisdə keçirilən 2024-cü il Yay Olimpiya Oyunları davam edir. Medal əyarında bu günə olan sıralamada zirvədəki ilk “üçlük” dəyişməz olaraq qalıb.

Fransanın paytaxtı Parisdə keçirilən 2024-cü il Yay Olimpiya Oyunları davam edir.

Matc.az xəbər verir ki, medal əyarında bu günə olan sıralamada zirvədəki ilk “üçlük” dəyişməz olaraq qalıb.

33 qızıl, 39 gümüş və 39 bürünc (cəmi 111 medal) medal qazanan ABŞ-ın zirvədəki hegemonluğu davam edir.

33 qızıl, 27 gümüş və 23 bürünc (cəmi 83 medal) qazanan Çin də ikinci sırada möhkəmlənib.

Avstraliyanın 18 qızıl, 16 gümüş və 14 bürünc (cəmi 45 medal) medalla üçüncü sıradakı yeri dəyişməz qalıb.

Qeyd edək ki, Azərbaycan aktivinə daha bir medal əlavə edərək Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 1 bürünclə 24-cü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest